38 min məhbusun Türkiyə təcridxanalarından boşaldılmasına başlanılıb
Yeni dövlət sərəncamına əsasən, 38 min məhbusun Türkiyə təcridxanalarından boşaldılmasına başlanılıb. Uğursuz 15 iyul çevrilişinin və 20 mindən çox nəfərin həbsə salınmasının ardınca təcridxanaların tutumundan artıq gələn məhbusların sayı on min nəfəri ötüb keçmişdi.
Deyilənlərə görə, təcridxanalardan boşaldılacaq məhbusların sayı birinci etapda- 38 min, sonrakı iki ildə isə 100 min nəfərə çatacaq.
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ dünən bildirib ki, tənzimlərin həyata keçirilməsilə təqribən 38 min nəfərin təcridxanalardan azad edilməsinə şərait yaradılıb. O, deyib: Məhkumların əvf olunmalarından söz getmir və bəzi canilərin, o sıradan qəsdən cinayət törətməmiş canilərin, azadlıqdan sonrakı nəzarətlər və ya elektrik ayaq qandalları ilə azad edilmələri məsələsi üzərində iş gedir.