Bəhreyndə Şeyx İsa Qasıma dəstək aksiyaları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i232445-bəhreyndə_Şeyx_İsa_qasıma_dəstək_aksiyaları_davam_edir
Bəhreyn xalqı bir daha tanınmış şiə ruhani Şeyx İsa Qasımı himayə məqsədi ilə paytaxt Manamada aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2016 07:13 Asia/Baku
  • Bəhreyndə Şeyx İsa Qasıma dəstək aksiyaları davam edir
    Bəhreyndə Şeyx İsa Qasıma dəstək aksiyaları davam edir

Bəhreyn xalqı bir daha tanınmış şiə ruhani Şeyx İsa Qasımı himayə məqsədi ilə paytaxt Manamada aksiya keçirib.

Əl-Lolo telekanalının verdiyi məlumata görə, çərşənbə günü paytaxt Manamanın Əd-Diraz məntəqəsində keçirilən aksiyada iştirak edənlər Ali-Xəlifə rejiminə qarşı şüarlar verərək, şiələrə, xüsusi ilə də şiə ruhanilərə qarşı təzyiqlərin dayandırılmasını istəyiblər. 

Bəhreyn hökuməti 2016-cı ilin iyun ayında tanınmış şirə ruhani Şeyx İsa Qasımın vətəndaşlığını ləğv etdi. Bu da Bəhreyn şiələrinin geniş etirazlarına səbəb olub. 

Bəhreynin tanınmış ruhanilərindən olan Şeyx İsa Qasım və Əllamə Seyid Abdullah Əl-Ğərifi bu gün bir bəyanat yayaraq, Ali-Xəlifə rejiminin rəftarlarını tənqid edib, cümə namazının qılınmasına təkid ediblər. 

Bəhreynin məhkəmə sistemi isə bu gün Bəhreyn Alimləri Şurasının sədri Seyid Məcid Məşəli 2 il həbsə məhkum edib. 

Hakim rejimin məhkəməsi Şeyx Əli Həmidan və Seyid Əli Əhməd Musəvi adlı daha 2 şiə ruhanini habelə, bəhreynli məddah Abdullah Səbbahı bir il müddətinə azadlıqdan məhrum edib.