Sen 05, 2016 17:00 Asia/Baku
  • İŞİD-in Suriyada Türkiyə sərhədi ilə əlaqəsi kəsilib
    İŞİD-in Suriyada Türkiyə sərhədi ilə əlaqəsi kəsilib

Silahlı müxaliflər Türkiyə tankları və qırıcı təyyarələrinin köməyi ilə Suriyanın şimalında Carablosun Təl-Mizab və əl-Qazi kəndlərini və bir əkin sahəsini ələ keçirib və İŞİD-in Türkiyə-Suriya sərhədlərindəki iştirakına son qoyublar.

Diyarbəkirə səfər etmiş Türkiyə baş naziri Binəli Yıldırım bazar günü bildirib ki, bu ölkənin Suriya ilə müştərək sərhədləri tamamilə təhlükəsizdir. 

O bildirib ki, türk qüvvələr və silahlı müxaliflərin İŞİD ünsürlərini onların bu bölgədəki son mövqelərindən uzaqlaşdırmasından sonra bu təhlükəsizlik əldə olunub. 

Türkiyə baş nazirinin sözlərinə görə, Əzazdan Carablosa qədər 91 kilometrlik sərhəd zolağı tamamilə təhlükəsizdir və bütün terror qruplaşmaları bu məkanlardan uzaqlaşdırılıb. 

Suriya müxaliflərinə bağlı İnəb xəbər portalı da bildirib ki, müxaliflər əl-Rai və Carablos şəhəri arasında onlarla kənd və əkin ərazisini ələ keçirib və beləliklə Həsəkə vilayətindən Hələbin şimal-qərbinə qədər uzanan sərhəd zolaqda İŞİD-in iştirakına son qoyulub. 

Türkiyə və Suriya sərhədlərinin uzunluğu 822 kilometrdir. Onun böyük hissəsinə Suriya kürdləri nəzarət edir. Lakin Hələb və İdlib vilayətlərinin sərhəd bölgələri Türkiyənin dəstəklədiyi müxaliflərin işğalındadır və Suriya hökuməti yalnız Laziqiyyənin şimal ətrafında Türkiyə ilə müştərək sərhədə nəzarət edir. 

Türkiyə tankları və qırıcı təyyarələrinin dəstəyinə malik silahlı müxaliflər Carablosun Təl-Mizab və əl-Qazi kəndləri və ona yaxın əkin sahəsinə nəzarəti ələ keçiriblər və beləliklə Türkiyə sərhədlərində İŞİD-in iştirakına son qoyulub. 

"Fərat Qalxanı" adlanan əməliyyat 24 avqustdan başlanıb və Türkiyə bildirib ki, bu əməliyyatda məqsəd İŞİD ünsürləri və kürd qüvvələrini hədəfə almaqdır. 

Bu istiqamətdə, Türkiyə iki gün öncə Suriya ərazisində olan tanklarının sayını artırıb və "Fərat Qalxanı" əməliyyatının ikinci mərhələsində əl-Raiyə nüfuz edib. Belə ki, Fərat Qalxanı əməliyyatı çərçivəsində yeni savaş cəbhəsi yaratmaq istəyir. 

Türkiyə səyyar raketatan təchizatlarla bu ölkə sərhədləri yaxınlığında Suriyada İŞİD-in mövqelərini vurur. Bu raket kompleksləri yenilərdə Türkiyə ərazisində yerləşdirilib. 

Suriya Xarici İşlər Nazirliyi Türkiyə ordusnun bu hərbi müdaxiləsini pisləyərək bildirib ki, Ankaranın Suriyaya təcavüzü və hücumu bəşəriyyətə qarşı cinayətlər yaradır. 

Teqlər