Jurnalistlər sionist rejim başçılarının mühakiməsini tələb etdilər
-
Jurnalistlər sionist rejim başçılarının mühakiməsini tələb etdilər
Qəzzədə fələstinli jurnalistlər bir toplantıda sionist rejim başçılarının jurnalistlərə qarşı cinayətlər törətdiyinə görə mühakimə olunmasını tələb ediblər.
Əl-Məyadin televiziyasının məlumatına görə, bu televiziyanın müxbiri Lena Şahin Qəzzədən hazırladığı reportajda bildirib: Qəzzə jurnalistləri işğalçıların sərt hərəkətləri ilə üzləşən fələstinli jurnalistlərlə həmrəylik günündə sionist rejimin jurnalistlərə qarşı qətl və həbs siyasətini pisləyiblər. İsrail rejiminin jurnalistlərə qarşı hərəkətlərində, bəzi jurnalistlər şəhid olub, bəzisi hələ də dəmir barmaqlıqlar arxasındadır. Bu toplantıda iştirak edən jurnalistlərdən biri deyib: Fələstinli jurnalistlərin qətli və qırğın edilməsində məsuliyyət daşıyan işğalçı başçıların məsuliyyətə cəlb olunmaması israilli işğalçıların jurnalistlərə hücumunun artmasına səbəb olub. Hazırda bir çox jurnalist bu rejim tərəfindən məsuliyyətə cəlb olunub və bir çoxu da həbsdədir. Və məhbus jurnalistlərin sayı günü-gündən artmaqdadır. Sionist rejim ordusunun hərbçiləri bundan əlavə jurnalistlərə də atəş açırlar.
Fələstinli jurnalist Əsra əl-Bəhisi deyib: Fələstinli jurnalistlər hətta Facebook və ictimai şəbəkələrdə yazdıqları status və məlumatlara görə, həbs olunurlar və onlar hər cəhətdən mühasirəyə alınıblar. Amma təcrübə sübut edib ki, bu hərəkət uğur qazanmayacaq.
Qəzzə jurnalistləri dünyada söz və ifadə azadlığını dəstəkləyənlərdən İsrail rejiminin fələstinli jurnalistlərə qarşı təzyiq və mühasirə siyasətinin dayandırılmasına səy göstərmələrini istəyib və bildiriblər ki, dünya ictimaiyyəti fələstinli jurnalistləri dəstəkləyərək onları sözdə deyil, real olaraq himayə etdiyini sübuta yetirməlidir.
Fələstinli jurnalist Seyfəddin Şahin deyib: Bu toplantıda məqsəd işğalçıların mənfur simasını və onların durmadan davam edən hərəkətlərini ifşa etməkdir.
Fələstinli Jurnalistlərlə Həmrəylik Gününün elan olunmasından 20 il ötür və o zamandan indiyə qədər 40-dan çox jurnalist şəhid olub, yüzlərlə media nümayəndəsi də yaralanıb.
Bu jurnalistlər işğalçıların bütün beynəlxalq xəbər dairələrindən kənarlaşdırılmasını və təhlükəli şərait barəsində xəbərləri və detallarını yayımlayan insanların dəstəklənməsini istəyiblər.