Okt 03, 2016 13:17 Asia/Baku
  • Mahmud Abbas
    Mahmud Abbas

İslamçı Cihad Hərəkatının başçılarından biri Fələstin özünüidarə hökumətinin başçısı Mahmud Abbasın sionist rejimin sabiq başçısı Şimon Peresin dəfn mərasimində iştirak etməsinə görə üzr istəməli olduğunu bildirib.

Əlcəzirə telekanalının verdiyi məlumata görə, İslamçı Cihad Hərəkatının minlərlə tərəfdarı Qəzzə şəhərində yürüş təşkil edib. BU yürüş Qüds İntifazəsinin birinci ildönümü və bu intifazəni himayə məqsədi ilə keçirilib. Yürüşdə iştirak edənlər əllərində Qüds İntifazəsi şəhidlərinin fotoşəkillərini daşıyıblar.

Onlar müqavimət habelə, Qərb Sahili və Qüdsdəki xalq hərəkatına dəstək veriblər.

İslamçı Cihad Hərəkatının başçılarından olan Əhməd Əlmədləl Fələstin özünüidarə hökumətinin başçısı Mahmud Abbasın İsrailin sabiq başçısı Şimon Peresin dəfn mərasimində iştirak etməsinə görə üzr istəməsini istəyib.

Əhməd Əlmədləl nümayiş iştirakçıları qarşısında etdiyi çıxışı zamanı deyib: Mahmud Abbas sionist cinayətkarın dəfn mərasimində iştirak etdiyi üçün Fələstin xalqından üzr istəməlidir. Fələstin xalqı Mahmud Abbasın bir cinayətkar və qatilin dəfn mərasimində iştirak etməsini qınayır.

Teqlər