Zeytunə gəmisinin nailiyyəti
-
Zeytunə gəmisinin nailiyyəti
Qəzzənin mühasirəsi ilə mübarizə üzrə xalq komitəsinin sədri Camal Əlxizri deyir: Zeytunə gəmisinin öz səfəri ilə əldə etdiyi ən böyük nailiyyət Fələstin xalqı ilə həmrəylik mesajını vermiş olması idi.
Əlxizri Əlcəzirə telekanalına verdiyi müsahibədə deyib: Heç şübhəsiz Zeytunə gəmisi elə buraya qədər də öz məqsədlərinə çatmış olub. Bu gəmi bir neçə məqsədi gerçəkləşdirdi. Onlardan ən mühüm olanı Qəzzədə mühasirədə olan fələstinlilər ilə həmrəylik mesajının göndərilməsi idi. Onlar bu mesajda Qəzzə sakinlərinə deyirlər ki, biz sizinləyik. Doğrudur, mühasirə 10 ildir ki, davam edir. Və siz son dərəcə çətin və ağır bir durumdasınız. Amma, dünyada bəzi azadə insanlar var ki, sizə sizinlə olduqlarını deyirlər.
O daha sonra deyib: Bu azadə qadınlar dəniz yolçuluğunun bütün çətinlikləri və təhlükələrini gözə alaraq, İsrailin təhdidlərindən çəkinməyərək, unudulmuş mühasirə məsələsini mühüm və əsas mövzu olaraq dünyanın bütün medialarının diqqətini ona cəlb ediblər.