Sionist rejimin nazirlər kabineti azan səsinə qadağa qoyub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i245306-sionist_rejimin_nazirlər_kabineti_azan_səsinə_qadağa_qoyub
Sionist rejim işğal olunmuş Fələstində müsəlmanların məscidlərindən azanın səsinin ucaldılmasına qadağa qanununu təsdiqləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2016 07:11 Asia/Baku
  • Sionist rejimin nazirlər kabineti azan səsinə qadağa qoyub
    Sionist rejimin nazirlər kabineti azan səsinə qadağa qoyub

Sionist rejim işğal olunmuş Fələstində müsəlmanların məscidlərindən azanın səsinin ucaldılmasına qadağa qanununu təsdiqləyib.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, sionist medialar bildiriblər ki, sionist rejimin qanunvericilik üzrə nazirlik komitəsi dünən məscidlərdən azanın səsinə qadağa qanunu ilə razılaşıb. 

Sionist rejim azanın səsinin insanları narahat etdiyini və buna görə azan səsinin yayılmasına qadağa qoyulduğunu iddia edir, halbuki sionist rejimin baş naziri Benyamin Netanyahu etiqad azadlığına hörmət etdiyini demişdi.

Sionist rejimin nazirlər kabineti həmçinin İordan çayının qərb sahilində fələstinlilərin ərazilərində tikilən evlərin qanuni olduğunu bildirib. 

Bu evlər qeyri-qanuni şəkildə fələstinlilərin torpaqlarına daxil olan yəhudilər tərəfindən inşa edilmişdir. Bu evlər bir çox hallarda sionist sakinli şəhərciklərə çevrilib.