İordan çayının qərb sahilində bir fələstinli şəhid edilib
-
İordan çayının qərb sahilində bir fələstinli şəhid edilib
İordan çayının qərb sahilində Fələstin muxtariyyəti qüvvələrinin açdıqları atəş nəticəsində bir qadın şəhid olub.
İRNA-nın verdiyi məlumata görə, Fələstin muxtariyyətinin sionist rejim ilə əməkdaşlıqlarının davam etməsinin ardınca İordan çayının qərb sahilinin Nablos şəhərinin qədim hissəsində muxtariyyət qüvvələrinin atəş açmaları nəticəsində 39 yaşlı bir fələstinli qadın şəhid olub.
Fələstin muxtariyyətinin sionist rejim ilə əməkdaşlıqları nəticəsində son iki ay ərzində 200 fələstinli fəal həb edilib 164 nəfər də təhlükəsizlik mərkəzlərinə çağırılıb.
Digər tərəfdən sionist rejim ünsürləri bu gün Əl-Xəlilin cənubunda Ümül-Xeyr kəndində fələstinlilərin toplantı zalını dağıdıblar.
Cari miladi ilində Beytül-Müqəddəsin şərqində fələstinlilərin evləri və tikililərinin dağıdılması misli görünməmiş səviyyədə artıb.
BMT-nin sənədlərinə görə 2016-cı ilini əvvəlindən bəri min 383 fələstinli mənzillərinin dağıdılması nəticəsində didərgin həyatı yaşamalı olub, bu rəqəm ötən il üçün 688 nəfərə çatıb.