Knessetdə azan səsi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i246134-knessetdə_azan_səsi
Əl-Hədəsin verdiyi məlumata görə, İsrail Knessetinin 2 ərəb üzvü knessetin iclasında azan veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2016 11:16 Asia/Baku
  • Knessetdə azan səsi
    Knessetdə azan səsi

Əl-Hədəsin verdiyi məlumata görə, İsrail Knessetinin 2 ərəb üzvü knessetin iclasında azan veriblər.

Əhməd Əttəyyibi və Talib Əbu-Ərar Knessetin ifratçı üzvlərinin müsəlmanların məscidlərindən azanın səsinin qadağan edilməsi üçün hazırladıqları layihəyə etiraz əlaməti olaraq Knessetin tribunası arxasından azad verib. 

Knessetdə sağçı ifratçı " Evimiz İsrail" partiyasının üzvləri bu hərəkətinə görə Əhməd Əttəyibinin cəzalandırılmasını istəyiblər.

Talib Əbu-Ərar deyib: Bu təşəbbüs etiqad və ibadət azadlığını pozan irqçi qanunun ilkin layihəsinə etiraz üçün edilib. Biz müsəlmanlar azanı öz inanclarımızın ayrılmaz hissəsi bilirik. 

İsrailin səhiyyə naziri Yağub Litsmən azanın məscidlərdən yayılmasına qadağa qoyan qanun layihəsinin təqdiminin təxirə salınmasını istəyib və bu qanunun gələcəkdə yəhudilərin dini mərasimlərini də əhatə edəcəyindən nigaran qaldığını deyib. 

Əhməd Əttəyibi deyib: Əminəm ki bu layihənin arxasında baş nazir Netanyaho dayanır və bir daha bunun baş tutmasına cəhd göstərəcək məhz buna görə də biz fələstinliləri bu layihə Knessetdə qəbul olunarsa onu icra etməməyə çağırırıq.