Nablosda əhali Qüdsdə azana qoyulan qadağaya etiraz edib
-
zana qoyulan qadağaya etiraz
İordan çayının qərb sahilinin şimalında Nablos şəhərinin sakinləri, Sionist rejimin Qüds şəhərində azanın verilməsinə qarşı rasist qanununa etiraz əlaməti olaraq aksiya keçirib.
İRNA-nın verdiyi məlumata görə, fələstinli qruplar, müsəlman, xristian və diqər dinlərin ruhanilərindən ibarət yüzlərlə adam Nablos şəhərinin mərkəzində sionist rejimin knessetində Beytül-Müqəddəsin güldəstələrindən azanın verilməsinə qarşı qadağa qanununun ilkin yazısına etiraz əlaməti olaraq aksiya keçirib.
Aksiyaçılar knessetin bu qərarının qəbul edilməz olduğunu bildirərək hamı birlikdə azan veriblər.
Nablos şəhərinin müftisi Əhməd Şubaş deyib: Müxtəlif məzhəblərin davamçılarının iştirakı ilə keçirilən bu aksiya bütün fələstinli qrupların azana qarşı qadağanın əleyhinə olduqlarını göstərir.
Şubaş deyib: Bu gün Fələstin cəmiyyətində müsəlmanlardan əlavə xristianlar və digər dinlərin davamçıları da azan verirlər ona görə ki, azanın sadəcə müsəlmanlara aid olmadığını bunun insani bir mövzu olduğunu bildirsinlər.
Nablosun Roma kilsəsinin rəhbəri Yusif Səadə deyib: Bu aksiyada xristian və digər dinlərin davamçılarının iştirakının məqsədi sionist rejimin hərəkətini pisləməkdir.
Sionist rejimin Knesseti 13 noyabrda Qüdsdəki məscidlərdən azanın verilməsinə qarşı irqçi qanun layihəsini təsdiqlədi, bu hərəkət fələstinli qrupların geniş etirazlarına səbəb olub.