Sionist rejim səfiri öz etimadnaməsini Ərdoğana təqdim edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i249128-sionist_rejim_səfiri_öz_etimadnaməsini_Ərdoğana_təqdim_edib
Türkiyə prezidenti sionist rejimin yeni səfiri ilə görüşərək, onun etimadnaməsini qəbul edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 05, 2016 16:20 Asia/Baku
  • Sionist rejim səfiri öz etimadnaməsini Ərdoğana təqdim edib
    Sionist rejim səfiri öz etimadnaməsini Ərdoğana təqdim edib

Türkiyə prezidenti sionist rejimin yeni səfiri ilə görüşərək, onun etimadnaməsini qəbul edib.

Sionist rejim noyabrın 15-də Naihi özünün Türkiyədəki səfiri təyin etmişdi və o, dekabrın 1-də Ankaranın "Asanbuğa" hava limanına daxil olan kimi işğal olunmuş Fələstin ərazilərindəki geniş yanğını söndürməkdə göstərdiyi köməklərə görə, Türkiyəyə təşəkkür edib.

Sionist hərbçilərin 2010-cu ildə Türkiyənin Qəzzəyə humanitar yardımlar daşıyan "Mavi Mərmərə" gəmisinə hücum etmələri və on türkiyəlini öldürülmələrinin ardınca iki tərəf öz diplomatik əlaqələrini kəsmişdi. Sionist rejim və Türkiyə cari ilin yayında bir neçə ay sıx müzakirərlərdən sonra siyasi münasibətlərin bərpası barədə br razılaşma imzaladılar.