Knesset fələstinlilərin ərazilərinin işğalı ilə razılaşıb
-
Knesset fələstinlilərin ərazilərinin işğalı ilə razılaşıb
Sionist rejim parlamenti-knesset dünən gecə ilkin səsvermədə İordan çayının qərb sahilində yerləşən onlarla fələstinli məhəlləsinin ələ keçirilməsini üzdəniraq qanuniləşdirmə layihəsilə razılaşıb.
İordan çayının qərb sahilində yerləşən onlarla fələstinli məhəlləsinin ələ keçirilməsini üzdəniraq qanuniləşdirmə layihəsi yekun təsdiq üçün üç mərhələdə knesset üzvləri tərəfindən səsə qoyularaq, qəbul edilməlidir.
Bu layihəyə görə, fələstinli ərazilərində yerləşən "Emona" adlı sionist qəsəbədəki 330 mənzil İordan çayının qərb sahilində yerləşən sionist qəsəbələrə köçürüləcək.
Bundan öncə sionist rejimin baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilində yerləşən sionist qəsəbəsalma barədə knessetdə bir qanunun qəbul olunmasının nəticələri haqda xəbərdarlıq edərək bildirmişdi ki, sionist qəsəbəsalmanın davam edəcəyi halda, beynəlxalq cinayət məhkəməsində İsrail rejiminə qarşı bir iş təşkil olunacaq.
Sionist rejimin nazirlər kabinetinin hüquq müşaviri Avichai Mandelblit də bildirmişdi ki, knessetin yekun şəkildə qəbul etmək ardınca olduğu sionist qəsəbəsalmaya legitimlik verilməsi qanunu İsrail rejiminin zərərinə qurtaracaq.
Sionist rejim sionist qəsəbələr salmaqla fələstinli məntəqələrin coğrafi strukturunu dəyişmək və bu məntəqələrə sionist sima vermək niyyətindədir ki, bu yolla fələstinli məntəqələrdə öz hökmranlıqlarını təsbit etmiş olsun.
İsrail rejimi fələstinli məntəqələri bir-birindən ayrı məntəqələrə bölməklə Qüdsi-Şərif paytaxt olmaqla müstəqil Fələstin ölkəsinin təşkili üçün vahid bir ərazinin yaradılmasına mane olmaq istəyir.