Dek 06, 2016 20:22 Asia/Baku
  • Türkiyənin kürdsakinli bölgələrdə keçirdiyi əməliyyatlar minlərlə sivilin didərgin düşməsi ilə nəticələnib
    Türkiyənin kürdsakinli bölgələrdə keçirdiyi əməliyyatlar minlərlə sivilin didərgin düşməsi ilə nəticələnib

Beynəlxalq Amnistiya Təşkilatı öz hesabatında təhlükəsizlik bəhanəsi ilə adi vətəndaşların həyatını məhv etdiyinə görə Türkiyə rəsmilərini sərt şəkildə tənqid edib.

Beynəlxalq Amnistiya Təşkilatının bildirdiyinə görə, Türkiyə rəsmiləri bu ölkənin kürdsakinli bölgələrində keçirdiyi hərbi əməliyyatda on minlərlə sivili məcburi şəkildə öz mənzillərindən çıxarıblar.

Beynəlxalq Amnistiya Təşkilatı çərşənbə axşamı günü öz yeni hesabatında bildirib: Türkiyə rəsmiləri vətəndaşların mənzillərini müsadirə etməklə və dağıtmaqla onların geri dönməsinin qarşısını alıblar.

Beynəlxalq Amnistiya Təşkilatının Avropa Ofisinin direktoru Con Dalhoyson deyib: Sur şəhərində davamlı şəkildə komendant saatının tətbiqindən bir ilin keçməsi ilə minlərlə vətəndaş ev-eşiksiz qalmış, öz ehtiyaclarını təmin etmək üçün əl-ayağa düşüb və çox acınacaqlı şəraitdə naməlum gələcəklə üzləşmişlər.

Türkiyə ordusunun cənub-şərqdə kürdsakinli bölgələrdə əməliyyatı nəticəsində xarabalıqlar yaranmışdır.

Sur şəhərində bir satıcı olan 60 yaşlı İsmayıl Özməz Associated Press-ə müsahibəsində evinin dağılmasına toxunub və deyib: Bütün əkin sahələrimizi o evi almaq üçün satdıq. İndi gedəcəyim yerdə evimi tapa bilmirəm. Evim dağılmışdır.

Beynəlxalq Amnistiya Təşkilatının qiymətləndirmələri də göstərir ki, TÜrkiyə hökumətinin hərbi əməliyyatı və şərq və cənub-şərqdə hərbi komendant saatının bərqərar olunmasına görə 500 mindən çox sivil ev-eşiksiz qalmışdır.

Bu təşkilatın hesabatında bildirilir: Didərgin sivillər yaşamaq və öz övladlarının təhsilini davam etdirməsi üçün sığınacaq tapmaqda çox çətinlik çəkirlər.

Bu hesabatı hazırlamaq üçün bu bölgələrdə 26 ailənin fikirlərini öyrənən Beynəlxalq Amnistiya Təşkilatı xatırladır ki, dövlətin bu ailələrə ödədiyi kompensasiya və köməyin həcmi yetərli deyildir.

Teqlər