Bəhreynlilər İngiltərənin Ali-Xəlifə rejiminə dəstək verməsini tənqid ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i249971-bəhreynlilər_İngiltərənin_ali_xəlifə_rejiminə_dəstək_verməsini_tənqid_ediblər
Bəhreyndə müxtəlif xalq qrupları tanınmış ruhani şeyx İsa Qasımın mənzili önündə bir araya gələrək, İngiltərənin Ali-Xəlifə rejiminə olan dəstəyini tənqid atəşinə tutublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2016 07:16 Asia/Baku
  • Bəhreynlilər İngiltərənin Ali-Xəlifə rejiminə dəstək verməsini tənqid ediblər
    Bəhreynlilər İngiltərənin Ali-Xəlifə rejiminə dəstək verməsini tənqid ediblər

Bəhreyndə müxtəlif xalq qrupları tanınmış ruhani şeyx İsa Qasımın mənzili önündə bir araya gələrək, İngiltərənin Ali-Xəlifə rejiminə olan dəstəyini tənqid atəşinə tutublar.

Əlaləm kanalının verdiyi məlumata görə, bəhreynlilərin paytaxt Manamanın qərbində, ayətullah şeyx İsa Qasımın mənzili önündəki aksiyası hələ də davam edir. Artıq 172 gündür ki, xalq şeyx İsa Qasımın mənzili önündə keşik çəkərək, şeyx  və digər müxalifət liderləri barədə çıxarılan ədalətsiz məhkəmə qərarlarına öz etirazını nümayiş etdirir. 

Aksiya iştirakçılarının əllərində üzərinə İngiltərənin Ali-Xəlifə rejimini himayə etməsinə qarşı şüarlar yazılmış plakatlar da olub. Onlar şeyx İsa Qasım barəsində çıxarılmış ədalətsiz qərarın ləğv ediləcəyi zamana kimi şeyxin mənzili önündəki aksiyanı davam etdirəcəklərini bildiriblər. 

Bəhreynin digər məntəqələri də həbsdə olan ruhanilər və müxalifət liderlərinə dəstək aksiyalarının şahidi olub.