Qüds intifazəsinin 7 şəhidinin cənazəsi təhvil verilir
Sionist rejimin nazirlər kabineti Həmas şəhidlərinin cənazələrinin təhvil verilməsi üstündəki bir neçə aylıq ixtilaflardan sonra nəhayət onları öz ailələrinə təhvil vermək qərarına gəlib.
IRNA-nın məlumatına görə, sionist mənbələr bildiriblər ki, bu 7 fələstinli şəhidin cənazəsinin dəfni onların ailələrinin sionist rejim tərəfindən təyin olunmuş şərtlərlə razılaşacaqları halda həyata keçəcəkdir.
10 fələstinli şəhidin ailəsi sionist məhkəmələrə ərizə verərək, şəhid övladlarının cənazələrinin təhvil verilməsini istəyibdir.
Sionist rejim bir neçə aydan sonra 7 fələstinli şəhidin cənazəsinin verilməsilə razılaşıb, amma üç digər şəhidin cənazəsi Həmas-ın üzvü olmasına görə, saxlanılmaqda davam edəcəkdir.
Hazırda 10 qadın şəhid daxil olmaqla 26 fələstinli şəhidin cənazəsi sionist rejim morqlarında saxlanır və bu rejim bu anadək həmin şəhidlərin cənazələrini ailələrinə təhvil verməyə hazır olmayıbdır.
Sionist rejimin fələstinlilərə qarşı cinayətlərinin şiddətlənməsi, həmçinin bu rejimin islami məkanlara təcavüz etməsi və Məsciduləqsanı məkan və zaman cəhətdən bölməyə çalışması ilə fələstinlilər 2015-ci ilin oktyabrında həmin cinayətlərə cavab olaraq, Qüds intifazəsinə başladılar.
İndiyədək Qüds intifazəsində 268 fələstinli şəhid olubdur.