Fələstinlilər fələstinli ərazilərin müsadirəsi qarşısında müqavimətin vacibliyini vurğulayıblar
-
Fələstinlilər fələstinli ərazilərin müsadirəsi qarşısında müqavimətin vacibliyini vurğulayıblar
Fələstinlilər sionist rejim parlamenti-knessetin fələstinli ərazilərin müsadirəsi üzrə qərarını pisləyiblər.
Əlaləm telekanalının məlumatına görə, fələstinli hüquq müəssisələri, eləcə də siyasi və xalq qüvvələri bildiriblər ki, knessetin fələstinli ərazilərin müsadirəsi üzrə qərarı Fələstin-sionist rejim münaqişəsi tarixində ən təhlükəli bir addımdır. Onlar qəsbkarlarla əlaqələrin kəsilməsi və beynəlxalq məhkəmələrə şikayətin edilməsini istəyiblər. Bundan əlavə, xalq müqavimətinin zərurəti vurğulanıbdır.
Knesset fələstinli ərazilərin müsadirəsini birinci oxunuşda qəbul edib. Belə bir halda, İsrail rejiminin baş naziri Benyamin Netanyahunun hökuməti fələstinlilərin xüsusi maliyyələrinin sionist qəsəbə sakinlərinin xeyrinə müsadirə olunmasına icazə verən bu qərara görə, beynəlxalq tənqidlərlə üzləşir. Fələstinlilər bu qənaətdədirlər ki, bu qərar Fələstin-sionist rejim münaqişəsi tarixində ən təhlükəli bir addımdır, zira xüsusi mülkiyyətin ləğv olunmasını qanuniləşdirir və ona əsasən, fələstinlilər bundan pis vəziyyətin intizarında olmalıdırlar və o, fələstinlilərin Təl-Əvivin özünə əlavə etməyə çalışdığı məntəqələrdən iri miqyasda köçürülməsidir.