Bilal Kaid sionist rejim həbsxanasından azad edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i250700-bilal_kaid_sionist_rejim_həbsxanasından_azad_edilib
Sionist rejim 15 il həbsdən sonra Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin(FAXC) rəhbərlərindən olan Bilal Kaidi azadlığa buraxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2016 08:39 Asia/Baku
  • Bilal Kaid sionist rejim həbsxanasından azad edilib
    Bilal Kaid sionist rejim həbsxanasından azad edilib

Sionist rejim 15 il həbsdən sonra Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin(FAXC) rəhbərlərindən olan Bilal Kaidi azadlığa buraxıb.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Fələstinli əsir FAXC-nin hərbi qolu olan Əbu Əli Müstafa bataliyonlarında üzv olmaq, anti-sionist əməliyyatda iştirak etmək  ittihamı il 2001-ci il 14 dekabrda həbs edildi və 14 il yarım müddətində azadlıqdan məhrum edildi. 

Bilal Kaid cari miladi ilinin 13 iyununda azadlığa buraxılmalı idi. 

Sionist rejim Bilal Kaidin məhkumluq müddəti sona çatdıqdan sonra onu növbəti 6 ay üçün həbsdə saxladı və bu da bu fələstinli əsirin 70 gün müddətində aclıq aksiyası keçirməsinə səbəb oldu.