Türkiyə parlamentinin bir deputatı həbs olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i251303-türkiyə_parlamentinin_bir_deputatı_həbs_olunub
Türkiyə polisi bu ölkə parlamentinin daha bir deputatını həbs edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2016 14:12 Asia/Baku
  • Türkiyə parlamentinin bir deputatı həbs olunub
    Türkiyə parlamentinin bir deputatı həbs olunub

Türkiyə polisi bu ölkə parlamentinin daha bir deputatını həbs edib.

Worldbulleten xəbər portalının məlumatına görə, parlament deputatı və HDP-nin sədr müavini Nemətulla Erdoğmuş ötən gün Ankara şəhərində saxlanılıb. 

Türkiyə polisi bildirib: Bu həbs terrora qarşı araşdırmanın bir hissəsi olaraq həyata keçirilib. 

Türkiyə polisi cari həftənin əvvəlində Diyabəkir deputatı Çağlar Dəmirəl, Siirt deputatı Bəşimə Koncanı da həbs edib.

Bu həbslər PKK-ya bağlı qruplardan birinin 44 nəfərin ölməsi və 150 nəfərin yaralanması ilə nəticələnən İstanbul partlayışlarının məsuliyyətini üzərinə götürməsindən sonra başlanıb.