İzəddin Qəssam batalyonları sionist rejimə xəbərdarlıq etdi
-
İzəddin Qəssam batalyonları sionist rejimə xəbərdarlıq etdi
İzəddin Qəssam batalyonları sionist rejimin casusluq təşkilatı Mossad ünsürləri tərəfindən tunisli mühəndis Məhəmməd Əz-Zəvarinin terror edilməsinə reaksiyada bildirib: Müqavimət mübarizləri bu cinayətə sərt reaksiya verəcəklər.
İRİB-in məlumatına görə, Fələstin İslam Müqaviməti Hərəkatı Həmasın hərbi qolu olan İzəddin Qəssam batalyonları bir bəyanatda sionist rejimə xəbərdarlıq edərək bildirib: Əz-Zəvarinin terror edilməsi ərəb ölkələri üçün təhlükə siqnalı mənasındadır. Çünki sionist düşmən və onun muzdluları region ölkələrində fəaliyyət göstərir və hazırda cinayətkarların əlinin kəsilməsinin zamanı gəlib çatmışdır.
49 yaşlı mühəndis Məhəmməd Əz-Zəvari Qəssam batalyonlarının komandanlarından idi. O Tunisin Səfaqəs şəhərində Mossad ünsürlərinin atəş açması nəticəsində terror edilib.
Bu mübariz şəhidin cəsədi cümə axşamı günü Səfaqəs şəhərində əl-Eyn məntəqəsində mənzili önündə avtomobilin içində tapılıb.
Bu arada Tunis parlamentinin əksəriyyət yerinə malik Ən-Nəhzə İslam Hərəkatı cümə günü bu ölkə təhlükəsizlik qüvvələrindən istəyib ki, Əz-Zəvarini terror edən şəxslərin kimliyini müəyyənləşdirsin və həbs edərək mühakimə etsinlər.