Bəhreynlilər Ayətullah İsa Qasimi himayə üzrə aksiya keçiriblər
-
Bəhreynlilər Ayətullah İsa Qasimi himayə üzrə aksiya keçiriblər
Bəhreyn rejiminin qüvvələri bu ölkədə tanınmış ruhani olan Ayətullah İsa Qasimin paytaxt Manamanın qərbində yerləşən Əldiraz məntəqəsindəki mənzili qarşısında piket keçirənlərə gözyaşardıcı qazla hücum edib və piketçilərin ətrafındakı tikanlı məftilləri yığışdırıblar. Minlərlə xəfiyyə avtomobili də Əldiraz məntəqəsinə basqın edibdir ki, bəhreynlilərin Ayətullah İsa Qasimi himayə üzrə piketinə son qoymuş olsun.
Əlaləm telekanalı xəbər verir: Bəhreyn rejiminin təhlükəsizlik qüvvələri geniş atəş açaraq, Manamanın qərbindəki Əldiraz məntəqəsini mühasirəyə alıblar ki, bəhreynlilərin Ayətullah İsa Qasimin mənzili qarşısında yerləşən Əlfida meydanındakı bir neçə aylıq piketinə son qoya bilsinlər.
Bəhreyn rejiminin xəfiyyə vertolyotları da dəfələrlə bu məntəqə üzərində uçublar. Geniş təhlükəsizlik hücumları və bu məntəqə əhalisinin bir neçə gün su, yanacaq və işığın kəsilməsi ilə kütləvi şəkildə cəzalandırılmasına rəğmən, bəhreynlilər özlərinin böyük dini mərcəyini müdafiə istiqamətində qiyam qaldıraraq, Əlfida meydanı ətrafında Ali-Xəlifə rejiminin xəfiyyə qüvvələri ilə toqquşub və Əldiraz və Barbar qəsəbələri arasındakı tikanlı məftilləri yığışdırıblar. Xəfiyyə qüvvələri öz hədəflərinə çata bilmədən bu məntəqədən çıxıblar. Bu hadisədən sonra minlərlə bəhreynli Ayətullah İsa Qasimin mənzili qarşısına toplaşıb. Onlar şüarlar verərək, bu tanınmış ruhanini müdafiəyə hazır olduqlarını bildirblər və vurğulayıblar ki, Bəhreyn rejimi qüvvələrinin bu görkəmli din xadimini həbs etmələrinə icazə verməyəcəklər.
Bəhreynlilər Ayətullah İsa Qasimin mənzili qarşısındakı piketlərinin davam etdirilməsini vurğulayıblar.
Həmçinin Bəhreynin din alimləri və inqilabçı qüvvələri də bu ölkə xalqından istəyiblər ki, Ayətullah İsa Qasimi himayə üçün Əldiraz məntəqəsinə getsin. Bu bəyanatın verilməsindən sonra minlərlə bəhreynli öz maşını ilə həmin məntəqəyə yollanıb.
Bəhreynlilər Bəhreyn rejiminin xəfiyyə qüvvələrinin Əldiraz məntəqəsinə qarşı basqınını pisləmək üçün Əlsar, Əbu-Səbii və Əlşaxurə kimi məntəqələrdə aksiyalar keçiriblər.