Dek 28, 2016 14:12 Asia/Baku
  • Seyid Həsən Nəsrullah
    Seyid Həsən Nəsrullah

Livan Hizbullahının baş katibi: İslam ümməti bütün acılara və İsrail rejiminin ümidsiz hesablamalarına rəğmən, heç vaxt Fələstin amalını buraxmayacaq.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Beyrutda Livanın əl-Ümmə Hərəkatının mərhum baş katibi Şeyx Əbdün-Nasir Cəbrinin anım mərasimində video-konfrans vasitəsi ilə etdiyi çıxışında deyib: Livan və Fələstində və onun müttəfiqlərinin müqavimət cəbhəsinə zərbə vurmaq və ona qarşı səylərin şahidiyik.

Nəsrullah əlavə edib: Müqavimət mehvəri ona qarşı bu beynəlxalq müharibədən qalib və güclü çıxacaqdır. Və ondan sonra, Fələstin bir daha region xalqlarının əsas prioritetinə çevriləcəkdir.

Seyid Həsən Nəsrullah deyib: Bəhreyn hakimlərinin bir müddət öncədən İsrail rejimi ilə əlaqələri normallaşdırmağa başlamasına baxmayaraq, Bəhreyn xalqı və alimləri Fələstin məsələsini unutmamışlar.

Teqlər