Human Rights Watch sionist rejim polisinin fələstinlilərə qarşı cinayətlərindən nigarandır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254221-human_rights_watch_sionist_rejim_polisinin_fələstinlilərə_qarşı_cinayətlərindən_nigarandır
Human Rights Watch təşkilatı fələstinlilərin sionist hərbçilər tərəfindən öldürülmələrindən təəssüflənərək, nigaranlıq ifadə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 03, 2017 07:57 Asia/Baku
  • Human Rights Watch sionist rejim polisinin fələstinlilərə qarşı cinayətlərindən nigarandır
    Human Rights Watch sionist rejim polisinin fələstinlilərə qarşı cinayətlərindən nigarandır

Human Rights Watch təşkilatı fələstinlilərin sionist hərbçilər tərəfindən öldürülmələrindən təəssüflənərək, nigaranlıq ifadə edib.

Press TV-nin məlumatına görə, Human Rights Watch təşkilatı dünən bildirib ki, İsrail rejiminin baş məsul şəxsləri öz hərbi qüvvələrni məzlum Fələstin xalqını qırğın etməyə təşviq edirlər. Halbuki fələstinlilər bu rejim üçün əsla təhdid hesab olunmurlar.

Bu beynəlxalq orqan bir hesabatda sionist rejim başçıları tərəfindən verilmiş bir neçə bəyanat ilə bağlı sənədlər təqdim edib. Həmin bəyanatlara əsasən, 2015-ci ilin oktyabrından bəri 150 dəfədən çox bu rejim hərbçilərindən istənilibdir ki, qanunsuz bir hərəkətdə günahsız Fələstin xalqını, o cümlədən uşaqları atəşə tutsunlar.

Rights Watch təşkilatı vurğulayıb ki, sionist rejim sionist əsgərlərə öz güclərindən beynəlxalq qanunlar çərçivəsində istifadə etmələri barədə göstəriş verməlidir.

Son vaxtlar sionist rejim polisi 16 yaşlı fələstinli yeniyetməni şəhid etdikdən sonra Qüdsün şərqi üzrə polis rəisi Muşe Edri bu cinayətdə iştirak etmiş məmurları mükafatlandırdı.