İraqın Neynəva vilayətində onlarla terrorçu məhv edilib
Yan 05, 2017 14:09 Asia/Baku
-
İraqın Neynəva vilayətində onlarla terrorçu məhv edilib
İraqın xalq səfərbər qüvvələrinin Neynəva vilayətinin qərbindəki əməliyyatında 35 İŞİD-çi məhv edilib.
Əlyəum Əlsabə xəbər portalının məlumatına görə, İraqın xalq səfərbər qüvvələri bu gün İŞİD terrorçularının Neynəva vilayətinin qərbindəki Tələfər şəhərinə qarşı hücumunu dəf ediblər. Bu əməliyyatda bir qrup terrorçu da yaralanıbdır.
Həmin döyüşdə İŞİD başçılarından olan Əbu Qəsurə Əlşami məhv edilib.
İraqlı qüvvələr xalq səfərbər qüvvələri ilə yanaşı, Mosulun azad edilməsi əməliyyatı ilə məşğuldurlar və indiyədək Mosulun şərq məntəqələrinin əksər hissəsini terrorçuların işğalından çıxara biliblər.
Belə bir halda iraqlı qırıcılar Mosulda İŞİD-in silah anbarı və rabitə qülləsini məhv ediblər.