Yan 05, 2017 16:25 Asia/Baku
  • Suriya ordusunun İŞİD-ə qarşı əməliyyatı davam edir
    Suriya ordusunun İŞİD-ə qarşı əməliyyatı davam edir

Suriyanın ordu qüvvələri özlərinin İŞİD terrorçularına qarşı əməliyyatlarının davamında onlardan daha bir qrupunu bu ölkənin Hums şəhərində öldürüblər.

Əlaləm telekanalının məlumatına görə, Suriyanın və onun müttəfiqlərinin qüvvələri bu gün Suriyanın mərkəzində yerləşən Hums şəhərinin ətrafındakı Şərifə kəndində İŞİD terrorçularına qarşı əməliyyatda beş İŞİD üzvünü öldürüb, altı İŞİD-çini də yaralayıblar.

Belə bir halda, Suriya dövləti ilə müxalif olan qruplardan sayılan və qərargahı Londonda yerləşən Suriya insan haqları gözətçisi adlı bir qrup bu gün Dəməşq ətrafında bu ölkənin dövlət qüvvələrilə silahlı şəxslər və terror qrupları arasında döyüşlərin getməsindən xəbər verib.

Əlməyadin telekanalının məlumatına görə, Türkiyə terrorçulardan və silahlı şəxslərdən istəyibdir, Suriyanın ordu qüvvələrinə qarşı hücumları bərpa etsinlər ki, onlardan Astana müzakirələrində imtiyaz almaq məqsədilə Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə etsinlər.

Suriya ilə müttəfiq qüvvələrdəki bir mənbə Əlməyadin telekanalına deyibdir ki, Türkiyənin Suriyaya qarşı gərginlik yaratmaqda məqsədi, Cibhətunnusrə terror qrupuna göz yumması və onun atəşkəs razılaşmasına qatılması istiqamətində Rusiyaya təzyiq göstərməkdir.

Özləri daim Suriyada atəşkəsi pozmaqda olan terrorçular suriyalı qüvvələri atəşkəsi pozmaqda ittiham edirlər. Belə bir halda, atəşkəs İŞİD və Cibhətunnusrə terror qruplarına şamil olmur.

Terrorçuların strateji Hələb şəhərində məğlub olmaları ilə, bu ölkə böhranının siyasi həlli məqsədilə Rusiya-İran-Suriya məşvərətləri çərçivəsində Suriyada ümumölkə atəşkəsi bərqərar olunubdur.

Teqlər