Terrorun Hələbdə buraxdığı izlər...
Hələbin azad edilməsinin ardınca şəhərdə təkfirçi terrorçular tərəfindən törədilən vəhşiliklər və cinayətlərin miqyası üzə çıxmağa başlayıb.
İRİB-nin müxbiri:
Bura Hələbin şərq hissəsidir. Qətl və qarətin ünvanı.
Terrorçular son dayanacaqda da xəbislikdən və cinayətdən əl çəkməyərək, bir həyət dolusu cənazə ilə adlarını tarixə belə yazıblar.
Səssiz-səmirsiz fəryad edən divarlar buranın bir məktəb deyil, Ərəbistan tərəfindən göndərilən silah və sursat anbarı, terrorçuların sığınacağı və məzlumların işgəncə edilərək, qətlə yetirildiyi qurbangah olduğunu deyir.
Suriya vətəndaşı:
Allah onlara rəhm etməsin. Onlar bizim gənclərimizi qırğın etdilər. Amma, biz burdayıq və sonuna kimi mübarizə aparacağıq.
İRİB-nin müxbiri:
İndi ələ keçirilən sənədlərin sirlərinin çözülməsi ilə baş verənlərin arxasında duranlarla bağlı suallara cavab tapmaq imkanı yaranır.
Suriya vətəndaşı:
Bura qərargahları idi, insanlara burda işgəncə verirdilər. Sonra da şəhidləri orda dəfn edirdilər.
İRİB-nin müxbiri:
Şeyx Səid və Rityan şəhidləri bizə indi burda olmaq imkanı yaradıb. Onların fəryadı torpağın altından yüksələrək, göylərə qədər ucalır.
Suriya vətəndaşı:
Bütün bunlar terrorçuların cinayətləridirlər. Qərb və Ərəb dövlətləri isə sükut edirlər.
İRİB-nin müxbiri:
Ölümdən qorxman mübarizlər isə təkfirçilər və onların himayədarları qarşısında qorxusuz şəkildə müqavimət göstərərək, şəhadət zirvəsinə yüksəliblər.