Yan 07, 2017 19:44 Asia/Baku
  • Hələbin şimalında terror aktı törədilib

Hələbin şimal hissəsində bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində onlarla nəfər həlak olub və yaralanıb.

İRİB-in məlumatına görə, şənbə günü Türkiyə sərhədi yaxınlığında yerləşən və silahlı qrupların nəzarətində olan Suriyanın Hələb vilayətinin Əzaz şəhərinin mərkəzi məhkəməsi qarşısında bomba quraşdırılmış avtomobil partladılıb. Nəticədə 21 nəfər həlak olub. Bu partlayışda bir qrup da yaralanıb.

Strateji Hələb şəhərinin azad olunması ilə silahlı qruplar və terrorçular Suriya sərhədi yaxınlığında yerləşiblər.

Suriyada böhran 2011-ci ildən Suriya prezidenti Bəşşar Əsədin qanuni hökumətini devirmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplarının genişmiqyaslı hücumları ilə başlanıb. Bu məqsəd məğlubiyyətə uğrayıb.

Teqlər