Fələstinlilər tətil keçiriblər
Yan 12, 2017 13:04 Asia/Baku
İşğal olunmuş Fələstin ərazilərində yaşayan ərəblər bu ərazilərin şimalında yerləşən Qələnsuə şəhərində on bir evin sionist rejim tərəfindən dağıdılmasına etiraz olaraq, çərşənbə günü tətil keçiriblər.
Press TV-nin məlumatına görə, bu tətilin ardınca işğal olunmuş Fələstin ərazilərindəki bütün məktəblər, satış mərkəzləri və yerli orqanlar bağlanıb.
Sionist rejim başçıları çərşənbə axşamı günü Qələnsuə şəhərində yerləşən on bir evi dağıtmışdılar.
Bu istiqamətdə Qələnsua sakinləri həmin evlərin dağıdılmasına etiraz olaraq, bu şəhərdə etiraz yürüşü keçirəcəklər.
Teqlər