Mahmud Abbas: Bu il Fələstinin azadlığı ili olmalıdır
Fələstin Özünüidarə Təşkilatının sədri ümidvarlıq edib ki, 2017-ci il ədalət, sülh, Fələstin xalqının azadlığı və sionist rejimin işğalının sonu olacaqdır.
İRNA-nın məlumatına görə, Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbas cümə günü Fransanın Le Fiqaro qəzeti ilə müsahibədə Amerika səfirliyinin Beytül-Müqəddəsə nəql olunması barədə deyib: bu hərəkət işğal olunmuş ərazilərdən sülh prosesinə son ox ola bilər.
Mahmud Abbas bildirib: Amerikanın yeni seçilən prezidenti Donald Tramp bu ölkə səfirliyini Beytül-Müqəddəsə nəql etdiyi halda, Vaşinqton İsrail və Fələstin arasında münaqişənin həlli üçün istənilən rolu oynamaqla bağlı öz qanuniliyini itirəcəkdir.
Fələstin Özünüidarə Təşkilatının sədri Paris konfransı haqda da deyib: Bu konfrans Fələstinlə sionist rejim arasında sülhün bərqərar olunması üçün ən yaxşı fürsətdir.
Fələstin məsələləri haqda Paris konfransı bazar günü 70 ölkə və beynəlxalq təşkilatın iştirakı ilə keçiriləcək.
İndiyə qədər fələstinlilər qarşısında heç bir öhdəliyinə sadiq qalmayan sionist rejim bu konfransın keçirilməsinə qarşıdır və İsrail baş naziri Benyamin Netanyahu Paris konfransını İsrailə qarşı digər düşmənçilik mövqelərinin seçilməsi məqsədilə Fələstin tərəfindən bir aldadıcılıq olduğunu bildirib.
Fələstin Özünüidarə Təşkilatıilə sionist rejim arasında 2014-cü il aprel ayında keçirilən son müzakirələr bu rejimin qəsəbələrin salınması prosesini dayandırmağa və fələsitnli əsirlərin azad edilməsinə qarşı çıxmasına görə, heç bir nailiyyət olmadan sonra çatdı.