Yan 14, 2017 19:10 Asia/Baku
  • Bəhreyn din ailmləri ümumölkə etirazlarına çağırıblar

Bəhreyn din ailmləri Ali-Xəlifə rejiminə qarşı ümumölkə etirazlarına çağırıblar.

IRIB-nin məlumatına görə, bu bəyanatın bir hissəsində deyilir: Bizim qanımız ucuz deyil. Ey şərəfli Bəhreyn xalqı, edama məhkum olunmuş günahsız gənclərin həyatının qorunması üçün Bəhreynin bütün məntəqələrində ayağa qalxın!

Bəhreyn din ailmlərinin reaksiyasına səbəb olan məsələ budur ki, Bəhreyn mərkəzi zindanı bu gün səhər edama məhkum olunmuş üç bəhreynli siyasi məhbusun ailələri ilə telefon əlaqələrində onlardan bu məhbuslarla görüşmək üçün zindana gəlmələrini istəyib. Halbuki Bəhreyndə şənbə günü məhbuslarla heç bir görüş proqramı həyata keçirilmir. Bu səbəbdən, belə bir təhlükə vardır ki, Ali-Xəlifə rejimi həmin şəxslərin edam hökmünü icra etmək fikrində ola bilər.

Ali-Xəlifə rejiminin apellyasiya məhkəməsi ötən bazar ertəsi günü 2014-cü ildə Manama yaxınlğında yerləşən bir kənddəki bomba qoyuluşunda rol oynamaq kimi puç ittihamla üç Bəhreyn vətəndaşının edam edilməsi hökmünü təsdiqləyibdir.

Bəhreyn xalqı və müxtəlif inqilabçı qruplar həmçinin bildiriblər ki, bu gün Bəhreynin bütün məntəqələrində geniş yürüşlər keçirəcəklər. 

Bəhreyn 2011-ci ilin 14 fevralından Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Bəhreyn xalqı öz ölkəsində azadlıq və ədalətin bərqərarını, eləcə də ayrı-seçkiliyin aradan götürülməsini istəyir.

Teqlər