Bəhreyn vətəndaşları ayağa qalxıb
Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı qəzəbi. Ali Xəlifə rejimi bu gün üç bəhreynli gənci əsassız ittihamlarla edam edib.
Bu üç gəncin şəhid edilməsi xəbərinin yayılması ilə paytaxt Manamanın əksər bölgələrində təhlükəsizlik məmurları ilə etirazçı vətəndaşlar arasında qarşıdurmalar başlayıb. Əd-Duraz və Sənabis bölgələrində qarşıdurmalar çox güclüdür. Təhlükəsizlik məmurları vətəndaşlara doğru saçma güllələr və zəhərli qazlar atırlar. Məlumatlara görə, Bəhreynin vəziyyəti çox ağırdır. Bəhreyn İnsan Haqları Mərkəzinin sədri Yusif Rəbi bildirib ki, Bəhreyn rəsmiləri bu üç gəncin edamı ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin təsiri altına düşüblər. BMT-nin bir rəsmisi üç bəhreynli gəncin mühakiməsini ədalətsiz və onların edam edilməsini qeyri qanuni adlandırıb.
Bəhreynli inqilabçı gənc şəhid Abbas Əs-Səminin anasının fəryadları. Bu fəryadlar məzlum Bəhreyn vətəndaşlarının ən yeni səsləridir.
Ali-Xəlifə rejimi tərəfindən Sami Müşəymə, Əli əl-Sənkis və Abbas Əs-Səmi adlı üç bəhreyni inqilabçı gəncin edam edilməsi xəbərinin yayılması kiçik Bəhreyni vətəndaşların qəzəb kürəsinə çevirib. Vətəndaşlar elə ilk saatlarda həmrəyliyi elan etmək və dərdinə şərik çıxmaq üçün ilk öncə bu üç gəncin mənzili qarşısına toplaşıblar və sonra küçələrə axışıblar. Xəbərlər Bəhreynin əksər bölgələrində vətəndaşlarla təhlükəsizlik məmurlarının qarşıdurması və bəzi prospektlərin bağlanmasını əks etdirir. Əd-Duraz və Sənabis bölgələrində qarşıdurmaların ağır olduğu bildirilib. Və təhlükəsizlik məmurları vətəndaşlara doğru saçma güllələr və zəhərli qazlar atırlar. Əl-Aləm telekanalı Əd-Duraz bölgəsində bir neçə etirazçının yaralandığını bildirib. Media vasitələri bir neçə saat öncə bildirib ki, Ali-Xəlifənin təhlükəsizlik məmurları Manamanın ətrafında əl-Məhfuz bölgəsini mühasirəyə alıblar. Belə ki, bəhreynli şəhidlərin cəsədlərini ailələrinin icazəsi olmadan dəfn etsinlər.
Şəhid Əli əl-Sənkisin anası deyib: Oğlum deyir ki, Əmirliklər əsilli Bəhreyn məmuru Şəhinin öldürülməsi ilə bağlı əsla dindirilməyib. Ey dünya! Mənə deyin ki, indi o necə bu ittihama məhkum olunub.
Ali-Xəlifə rejimi sənədsiz iddia ilə bildirir ki, bu üç gəncin 2014-cü ildə Manama yaxınlığında bir kənddə bomba partlayışı hadisəsində əli olub. Belə ki, həmin hadisədə bir qrup Ali-Xəlifə rejimi hərbçisi, o cümlədən əmirliklərdən olan bir zabit ölmüşdü.
Şəhid Sami Müşəymənin anası deyib: Mən bu müsibətdən gözəllikdən başqa bir şey görmədim. Amma mən övladımın intiqamını Bəhreyn kralı Həməddən alacağam.
Ali-Xəlifə rejimi tərəfindən edam olunan bəhreynli inqilabçı gənclərdən biri şəhid Abbas Əs-Səmi öz vəsiyyətnaməsində yazıb ki, bizim qanımız dəyərsiz deyil, xalq qələbəni istəyirsə, fədakarlıq etməlidir və əlində olanı qurban verməlidir. Və hətta bir neçə günlüyə məktəblərə və işə getməkdən çəkinməlidir. Ali-Xəlifə rejimi bugünkü edamları ilə xalqın qəzəb tufanı ilə qarşılaşmışdır. Vətəndaşlar beynəlxalq dairələr və mediaların sükutu sayəsində Ali-Xəlifənin zorakılığının əsiri olmuş və ibtidai insan haqlarından məhrumdurlar