Bəhreyn xalqının müqavimətinin yeni mərhələsi elan olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i256732-bəhreyn_xalqının_müqavimətinin_yeni_mərhələsi_elan_olunub
Bəhreyndə üç inqilabçı gəncin edam olunmasına reaksiyaların davam etməsilə bir vaxtda Ali-Xəlifə rejimi ilə müxalif olan bəzi qruplar bu ölkə hökumətinə qarşı silahlı mübarizənin başlandığını elan ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 17, 2017 16:29 Asia/Baku
  • Bəhreyn xalqının müqavimətinin yeni mərhələsi elan olunub
    Bəhreyn xalqının müqavimətinin yeni mərhələsi elan olunub

Bəhreyndə üç inqilabçı gəncin edam olunmasına reaksiyaların davam etməsilə bir vaxtda Ali-Xəlifə rejimi ilə müxalif olan bəzi qruplar bu ölkə hökumətinə qarşı silahlı mübarizənin başlandığını elan ediblər.

Mərat Əl-Bəhreyn portalı xəbər verib ki, Bəhreyndə İslami Sədaqət Cərəyanının rəhbərlərindən olan Murtuza Əlsənədi edam olunmuş üç bəhreynli gəncin yas mərasimində söyləyib: Dinc inqilab mərhələsi Bəhreyn xalqı üçün yalnız zülm və əzab gətirib və hazırda silahlı və yeni addımlarla Bəhreyn rejimi ilə mübarizə aparılacaqdır.

Murtuza Əlsənədi vurğulayıb: Bəhreyndə İslami Sədaqət Cərəyanı "Əldə silahla, meydanda hazır!" adı altında olan bir bəyanatda bildiribdir ki, cihadi müqavimət üçün tam hazırdır.