Sionist hərbçilər bir fələstinli gənci şəhid ediblər
Bir fələstinli gənc dünən axşam çağı sionist rejim hərbçilərinin atəşləri nəticəsində qərb sahilinin şimalında yerləşən Tulkərm şəhərində şəhid edilib.
Fələstinin Əlyəum portalının məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi bir bəyanat yayaraq, bildirib ki, sionist rejim hərbçiləri Tulkərmin şimalında yerləşən Şuykə kəndinin sakini Nizal Davud Məhdaviyə atəş açaraq, öncə onu yaralayıb, sonra isə bu gənci başlı-başına buraxıblar ki, uzun müddət qanaxmadan sonra Məhdavi şəhid olsun.
Bu fələstinli gəncin şəhid olması ilə Qüds intifazəsi şəhidlərinin sayı 276 nəfərə çatıb.
Sionist rejimin uşaqlar daxil olmaqla fələstinlilərə qarşı cinayətləri, həmçinin islami məkanlara qarşı təcavüzlərinin şiddətlənməsi, eləcə də Məsciduləqsanın məkan və zaman baxımından bölünməsinə səy göstərməsi ilə fələstinlilər 2015-ci ilin oktyabrında bu cinayətlərə cavab olaraq, Qüds intifazəsinə başladılar.
Qüds intifazəsinin başlanmasından bəri çoxlu sayda fələstinli yaralanıb və həbs olunubdur.