Yan 18, 2017 13:08 Asia/Baku
  • Bəhreyn rejiminin müxalifləri saxta dəlillərə görə yatırılırlar

Üç bəhreynli gəncin edamından sonra virtual mühitdə bir video yayılıbdır ki, onda Ali-Xəlifə rejiminin bəhreynli inqilabçıları bədnam etməyə və onların dinc etirazlarını yatırmağa çalışması ifşa edilir.

Press TV-nin məlumatına görə, 2012-ci ildə Manamada yerləşən böyük bir satış mərkəzində götürülmüş bu təsvirlər göstərir ki, naməlum şəxslər Bəhreyn polisinin tam dəstəyilə azadcasına həmin satış mərkəzinin əmlakını dağıdır və oğurlayırlar.

Satış mərkəzinin gizli kameraları bu səhnələri lentə alıb və Ali-Xəlifə rejiminə qarşı çıxanlar onları virtual mühitdə yayıblar.

Bəhreynli fəallar dəfələrlə vurğulayıblar ki, Bəhreyn rejimi muzdur şəxsləri işə götürərək, onlardan istəyir ki, ictimai əmlakı dağıtsın və bu ölkənin müxtəlif məntəqələrində çaxnaşma salsınlar ki, bu yolla həmin hərəkətləri bəhreynli etirazçılara və inqilabçılara aid etmək və ictimaiyyət arasında narazılıq törətməklə asanlıqla öz müxaliflərini yatırsın.

Ali-Xəlifə rejimi bazar günü 2014-cü ilin martında Manama yaxınlığındakı bir kənddə polis qüvvələrinə qarşı hücum kimi saxta ittihamla üç müxalif fəalı edam etdi və bu hərəkət Bəhreyndə geniş xalq etirazlarına gətirib çıxardı.

Bununla bağlı, Bəhreyn xalqı dünən bu ölkənin müxtəlif bölgələrində aksiyalar keçirdi. Əlmalikiyyə, Əlsənabis, Cidhəfs, Sar, Əldiraz, Bu Quvəh, Əlmərx, Kərzəkan, Ələkr, Əlməamir, Əldiyyə, Sitrə, Əlmusəlla, Əlbiladilqədim adlı məntəqə və qəsəbələrin əhalisi Ali-Xəlifə rejiminin üç bəhreynli gənci edam etməsi üzrə cinayətini pisləyən aksiyalar keçirdi.

Bəhreyn xalqı bu aksiyalarda üç bəhreynli gəncin edam edilməsi cinayəti amillərindən qisasın çıxılmasını tələb edibdir.

Teqlər