Yan 18, 2017 19:13 Asia/Baku
  • İnsan Haqları Baş Komissarlığının üç bəhreynli gəncin edamına reaksiyası

BMT-nin İnsan Haqları Baş Komissarlığı üç bəhreynli gəncin mühakiməsi və edam edilməsini ədalətsiz adlandırıb.

IRNA-nın məlumatına görə, BMT-nin İnsan Haqları Baş Komissarlığının sözçüsü Robert Kulfill bu gün deyib: Siyasi və vətəndaş hüquqları barədə beynəlxalq müahidələrə əsasən, Bəhreyn məhkəməsinin üç bəhreynli gəncin hökmünün verilməsi və mühakiməsinin icrasında istifadə etdiyi metod ədalətsiz olubdur.

BMT-nin İnsan Haqları Baş Komissarlığının sözçüsü əlavə edib: Bu üç bəhreynli gənc işgəncə olunub və onların vəkilləri üçün məhkəmə işi əlçatmaz olubdur.

BMT-nin İnsan Haqları Baş Komissarlığı sözçüsünün sözlərinə görə, bu üç bəhreynli gəncin ailələri onların vəziyyətindən uzun müddət xəbərsiz olduqları bir halda, zindana çağırılıblar, halbuki övladlarının edam məsələsi onlara bildirilməyibdir.

Ali-Xəlifə rejimi üç bəhreynli gənc fəalı bazar günü edam etdi.

Bu gənclərə vurulan saxta ittiham 2014-cü ilin martında Əldiyyə məntəqəsində polis qüvvələrinə hücum elan olunmuşdu.

Teqlər