Yan 24, 2017 12:34 Asia/Baku
  • Bəhreyndə qanunsuz həbslər davam edir
    Bəhreyndə qanunsuz həbslər davam edir

Ali-Xəlifə rejiminin hərbçiləri dünən Bəhreynin Sar məntəqəsindəki mənzillərə basqın edərək, bu məntəqə sakinlərindən beş nəfəri həbs ediblər.

IRIB-nin məlumatına görə, Məamir məntəqəsinin sakinləri dünən bir aksiya keçirərək, Ali-Xəlifə rejimi hərbçilərinin bu ölkənin yaşayış massivlərinə qarşı hücumlarının davam etməsini pisləyiblər. Onlar demokratiya tərəfdarları və fəalların bu rejim tərəfindən yatırılmasına qarşı hiddət ifadə ediblər.

Ali-Xəlifə rejiminin hərbçiləri dünən gecə Bəhreynin Sitrə şəhərindəki Əlnəvidrat və Məamir məntəqələrində etirazçılara basqın edərək, onlardan onlarla nəfəri yaralayıblar.

Üç bəhreynli gənci edamı Ali-Xəlifə rejiminə qarşı etiraz dalğalarını şiddətləndiribdir.

Amerikanın beşinci hərbi donanmasını qəbul edən Bəhreyn 2011-ci ilin fevralından anti-hökumət aksiyalarının şahididir.

Bəhreyn çaxnaşmalarında indiyədək onlarla nəfər həlak olub, yüzlərlə nəfər də yaralanıb və ya həbs olunubdur.

Teqlər