Səfərbər qüvvələr İraqın gələcəyi üçün sərmayədir
İraqın milli təhlükəsizlik müşaviri bu ölkədə Xalq Səfərbər Qüvvələri bu ölkə üçün sərmayə adlandırıb və bildirib: Bu qüvvələr ölkənin ərazi bütövlüyü və hakimiyyətini dəstəkləyiblər və gələcəkdə Suriya ilə sərhədlərə nəzarət edəcəklər.
Faleh əl-Fəyyaz əl-Məyadin televiziyasına müsahibədə bildirib: Həşdüş-Şəəbi Xalq Səfərbər Qüvvələri təkcə hazırda İraqda gedən savaşda qələbə çalmaq üçün yaradılmış qüvvə deyil. Bu qüvvələr ölkənin gələcəyi üçün ehtiyatdır. Belə ki, İraqın hakimiyyəti, ərazi bütövlüyü və müstəqilliyini himayə edə bilər. Bəziləri bu qüvvələrin imicini mənfi göstərməyə çalışır. Sərhəd qüvvələri və ada bölgəsi qüvvələrinin öz komandanları vardır. Amma Xalq Səfərbər Qüvvələri sərhədlərin möhkəmləndirilməsi ardınca olacaqlar. Onlar ordu qüvvələrinin kənarında olacaqlar və Mosulun qərb hissəsinin azad olunmasında rola malik olmuşlar.