Fev 17, 2017 12:24 Asia/Baku
  • Seyid Həsən Nəsrullah
    Seyid Həsən Nəsrullah

Livan Hizbullahının baş katibi deyir ki, İsrail Dimona Nüvə Reaktorunu məhv etməzsə bu stansiya müqavimət hərəkatının raketləri üçün asan hədəfə çevriləcək.

Seyid Həsən Nəsrullah Hizbullah rəhbərlərindən 3 nəfərin şəhadətinin ildönümü mərasimində televiziya nitqində deyib: " Düşmən başçıları bilsinlər ki, müqavimət barədə əhatəli məlumata malik olduqlarını təsəvvür edirlərsə səhvə yol vermiş olurlar. Bizim strategiyamız və hərbi taktikamızın bir hissəsi olan heyrət doğuracaq gizli planlarımız var. 

Livan Hizbullahının baş katibi bu hərəkatının Suriyada mübarizələrinin davam etdiriləcəyini vurğulayıb və deyib: Sadəcə hava hücumları ilə müharibənin taleyini dəyişmək və qələbə əldə etmək mümkün deyil, Suriya ordusunun quru döyüşləri olmasaydı Dəməşq qəti qələbəyə nail olmayacaqdı. 

Nəsrullah deyib: müqavimət həmişə hazır vəziyyətdədir və düşmən də bunu bilir, məhz buna görə də qorxutmağa başlayıb. 

Seyid Həsən Nəsrullah bəzi ərəb ölkələrinin sionist rejimi Hizbullaha qarşı dəstəklədiklərini bildirərək deyib: Bu kimi dəstəklər İsrailə qələbə qazandırmayacaq. 

Seyid Həsən Nəsrullah deyib: Yəmən xalqının böyük hissəsi təcavüzkarlarla müharibə etməkdədir və Yəmən xalqının müqaviməti əfsanəvi müqavimətdir. 

Livan Hizbullahının baş katibi deyib: Bəhreyn hökuməti Bəhreyn xalqının təslim olmayacağını başa düşməlidir. 

 

Teqlər