Mart 02, 2017 18:05 Asia/Baku
  • Türkiyədə onlarla hərbçi saxlanılıb
    Türkiyədə onlarla hərbçi saxlanılıb

Türkiyə polis əməkdaşları onlarla hərbçini Fətulla Gülənlə əlaqədə olmaq ittihamı ilə saxlayıblar.

Milliyyət qəzetinin yazdığına görə, Türkiyə polis əməkdaşları 26 vilayətdə, o cümlədən İzmir, İstanbul və Ankarada keçirdikləri əməliyyatda Fətulla Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə 40 ordu həbçisini saxlayıblar.

İzmir prokuroru bir qrupu ordu zabiti olan 71 hərbçinin həbsinə order vermişdir. 

Bu şəxslərdən əlavə, bir qrup hərbçinin yaxınlarından 6 nəfərin saxlanılmasına göstəriş verilib.

Başqa bir məlumata görə, Kayseridə də polis əməkdaşları 12 nəfəri 2016-cı il 15 iyul uğursuz çevrilişdən sonra həbs olunan şəxslərin ailələrinə kömək etmək ittihamı ilə saxlayıb.

Türkiyə hökuməti əleyhinə 2016-cı il 15 iyul uğursuz çevrilişindən sonra, indiyə qədər 125 min dövlət işçisi Gülən şəbəkəsi ilə əlaqədə olmaq ittihamı ilə vəzifəsindən uzaqlaşdırılıb və təxminən 40 min hərbçi, polis məmuru və digər dövlət sektorunun kadrı həbs olunub.

Teqlər