Liviyanın şərqində 42 cəsəd aşkarlanıb
Mart 03, 2017 12:09 Asia/Baku
Liviyanın Qırmızı Xaç Komitəsi ölkənin şərqində Benqazi şəhərində kütləvi qəbiristanlıqda 42 cəsəd aşkar edib.
Əşşərqül-övsət xəbər agentliyinin verdiyi məlumata görə, Liviyanın Qırmızı Xaç Komitəsinin sədri Qeys Əl-Faxiri bu gün deyib: Hələ cəsədlərin kimliyi dəqiqləşdirilməyib və QXK qəbiristanlıqdan cəsədləri çıxarmaqla məşğuldur.
Deyilənlərə görə, kütləvi qəbiristanlıqlar terrorçu qruplar tərəfindən saxlanılmış məhbuslara aiddir.
Liviya Müəmmər Qəzzafi rejiminin devrilməsindən sonra siyasi böhran və de-stabilliklə üz-üzədir. Terrorçu qruplar o cümlədən İŞİD yaranmış fürsətdən özlərinin nəhs planları üçün faydalanmaqdadırlar.