Mosulun qərbində başqa bir bölgə azad edilib
İraq qüvvələri Neynəva vilayətində İŞİD terrorçuları ilə mübarizə əməliyyatının davamında Mosulun qərbində yerləşən Vadi Həcər bölgəsini İŞİD-in işğalından azad ediblər.
Əssuməriyyə Nyus portalının verdiyi məlumata görə, Neynəva vilayətinin azad edilməsi əməliyyatının komandanı Əbdül-Əmir Rəşid Yarullah bu gün bir bəyanatda deyib: İraqın terrorizm ilə mübarizə qüvvələri Vadi Həcər bölgəsində İŞİD terrorçularına ağır zərbələr endiriblər və İraqın bayrağını bu ərazilərdə binaların başına sancıblar.
Son günlərdə Mosulun qərbində yerləşən Əssəfarat ərazilərində də binaların başına İraq bayrağı sancıldı.
Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatı 100 min iraqlı qüvvənin iştirakı ilə bu ölkənin baş naziri Heydər Əl-İbadinin əmri ilə fevralın ortalarında başlanıb.
Şəhərin üçdə iki hissəsini təşkil edən Mosulun şərq hissəsi isə cari miladi ilin yanvar ayının 24-də İŞİD terrorçularının işğalından azad edildi.