Fələstin ərazilərinin 85 faizi sionistlər tərəfindən işğal olunub
Mövcud statistikalara görə, sionist rejim Fələstin ərazilərinin 27 min kvadrat kilometrdən ibarət olan 85 faizini işğal edib.
İntifazə xəbər portalının verdiyi məlumata görə, Fələstinin mərkəzi statistika təşkilatı bu gün " torpaq günü" münasibəti ilə bir bəyanat yayaraq bildirib ki, Fələstin ərazilərinin 27 min kvadrat kilometrinin sionistlər tərəfindən işğal edilməsi nəticəsində hal-hazırda ərazilərin sadəcə 15 faizinə və fələstinlilərin 48 faizinə nəzarət fələstinlilərin əlindədir.
Bəyanatda bildirilib ki, sionist rejim 1967-ci ildə İordan çayının qərb sahilinin 40 faizini nəzarətdə saxlayırdı, amma o ildən sonra sionist rejim başçıları əlavə torpaqlar işğal edərək fələstinlilərin torpaqlarının qeydiyyatı prossesinə mane olmaqla yanaşı fələstinliləri bu haqdan məhrum etdilər.
Fələstinin mərkəzi statistika təşkilatının bəyanatında deyilir: Fələstinlilərin evləri və torpaqlarının dağıdılması, fələstinlilərə ev inşa etmək icazəsinin verilməməsi siyasəti elə bir şəraitdə davam etdirilir ki, Qüdsdə sionist şəhərciklərdə minlərlə mənzilin inşasına icazə verilir.