Mart 30, 2017 12:22 Asia/Baku
  • Bağdadda partlayış
    Bağdadda partlayış

Bağdadın cənubunda yoxlama-buraxılış məntəqəsində içərisinə bomba yerləşdirilmiş avtomobilin partladılması nəticəsində 10 nəfər ölüb 40-dan çox adam yaralanıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, bu məntəqədə bir terrorçu yanacaq daşıyan yük maşınını partladıb. 

İraqın xəstəxana və təhlükəsizlik mənbələri AP agentiyinə deyiblər ki, bu partlayış nəticəsində ölənlərin sayı 15 yaralananların sayı isə 45 nəfər çatıb. 

İndiyədək kimsə bu partlayışın məsuliyyətini öz üzərinə götürməyib. 

Teqlər