Mart 31, 2017 11:28 Asia/Baku
  • Fələstinlilərin qərb sahilində həbs olunmaları davam edir
    Fələstinlilərin qərb sahilində həbs olunmaları davam edir

Sionist rejim hərbçiləri İordan çayının qərb sahilnin müxtəlif məntəqələrinə basqın edərək, yeddi fələstinlini həbs ediblər.

Fələstinin Səma xəbər agentliyinin məlumatına görə, sionist rejim hərbçiləri bu gün səhər fələstinlilərə qarşı hücum və cinayətlərinin davamında İordan çayının qərb sahilnin müxtəlif məntəqələrinə basqın edərək, qərb sahilində keçirilən "yer günü" aksiyasında iştirak etmiş beş fələstinli daxil olmaqla yeddi fələstinlini həbs ediblər.

Sionist rejim hərbçiləri bu rejimə qarşı əməliyyatlar, eləcə də terror əməliyyatları həyata keçirmələri bəhanəsilə həbs olunanların əmlakını müsadirə edərək, onları rejimin daxili xəfiyyə mərkəzi olan ŞABAK-a köçürüblər.

Minlərlə fələstinli cümə axşamı günü "yer günü"nün ldönümü günü münasibətilə İordan çayının qərb sahilnin müxtəlif məntəqələrində, o sıradan Beyt Ləhm və Nablus şəhərlərində aksiya keçirib.

Fələstində "yer günü" fələstinlilərin 1948-ci ildə işğal olunmuş məntəqələrdəki milli qiyam günüdür. Sionist rejim 1976-cı il martın 30-da öz qəsbkarlıq əməliyyatının təkmilləşdirilməsi çərçivəsində müxtəlif bəhanələrlə işğal olunmuş məntəqələrdə fələstinlilərin ərazilərindən minlərlə hektarı müsadirə etdi ki, bu hərəkətə etiraz üstündə altı fələstinli şəhid edildi.

Teqlər