Apr 04, 2017 17:41 Asia/Baku
  • Beynəlxalq Amnistiya Təşkilatı Bəhreyndə mülkilərin hərbi məhkəmədə mühakimə edilməsinə etiraz edib
    Beynəlxalq Amnistiya Təşkilatı Bəhreyndə mülkilərin hərbi məhkəmədə mühakimə edilməsinə etiraz edib

Beynəlxalq Amnistiya Təşkilatı bir bəyanat yayaraq, sivil vətəndaşların Bəhreyndə hərbi məhkəmə tərəfindən mühakimə edilməsini bir faciə adlandırıb.

İRNA-nın məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı bu gün çərşənbə axşamı bir bəyanat yayaraq, Ali Xəlifənin bu hərəkətini qınayıb və bildirib ki, bu məsələ Bəhreyn hökumətinin ədalətli məhkəmə prinsipindən uzaqlaşdığına dəlalət edir. 

Beynəlxalq Amnistiya Təşkilatının Beyrutdakı regional ofisinin tədqiqat bürosunun müdiri Lin Məluf deyib: Konstitusiyaya dəyişikliyin edilməsi Bəhreyndə ədalətin gələcəyi üçün bir faciə sayılır. 

Məluf həmçinin deyib: Ali Xəlifənin son hərəkəti Bəhreyn hökumətinin məhkəmələrdən müxaliflərini repressiya etmək üçün bir vasitə olaraq istifadə etməsinin nişanəsidir. 

Bəhreyn kralı Həməd bin İsa Ali XƏlifə ötən gün ölkə konstitusiyasına dəyişikliyin edilməsi ilə razılaşıb. Bu dəyişikliyə əsasən hərbi məhkəmələr bundan sonra sivil əhalini mühakimə etmək üçün daha geniş səlahiyyətlərə malik olacaqlar. 

Teqlər