HƏMAS knessetdə fələstinlilərin mənzillərinin dağıdılması qanununa reaksiya verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i264782-hƏmas_knessetdə_fələstinlilərin_mənzillərinin_dağıdılması_qanununa_reaksiya_verib
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) rəsmilərindən biri sionist rejim parlamentində(knesset) fələstinlilərin mənzilərinin dağıdılması prossesinin sürətləndirilməsi qanununun qəbul edilməsini rasist və təhlükəli hərəkət adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2017 11:09 Asia/Baku
  • HƏMAS knessetdə fələstinlilərin mənzillərinin dağıdılması qanununa reaksiya verib
    HƏMAS knessetdə fələstinlilərin mənzillərinin dağıdılması qanununa reaksiya verib

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) rəsmilərindən biri sionist rejim parlamentində(knesset) fələstinlilərin mənzilərinin dağıdılması prossesinin sürətləndirilməsi qanununun qəbul edilməsini rasist və təhlükəli hərəkət adlandırıb.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Atif Qanun deyib: Knessetdə qəbul edilmiş qanun fələstinliləri öz ev-eşiklərindən qovmaq, onları didərgin salmaq və işğal olunmuş ərazilərin etnik tərkibini dəyişmək məqsədini güdür. 

Atif Qanun deyib: Fələstinlilərin mənzillərinin dağıdılmasının sürətləndirilməsi qanunu rasist aparteid rejiminin yaradılması çərçivəsində qəbul edilir. 

HƏMAS-ın rəsmisi Fələstin xalqından bu təhlükəli layihəyə qarşı çıxmağa və onu müvəffəqiyyətsizliyə uğratmağa çağırıb. 

Sionist rejim parlamenti dünən fövqəladə iclasında işğal olunmuş ərazilərdə fələstinlilərə məxsus mənzillərin dağıdılmasının sürətləndirilməsi barədə qanun qəbul edib.