Apr 14, 2017 17:25 Asia/Baku
  • Bağdad; cümə günündə ikinci partlayış
    Bağdad; cümə günündə ikinci partlayış

İraq polisi bu gün cümə Bağdadın cənub-şərqində baş verən partlayışda bir nəfərin ölməsi, 3 nəfərin isə yaralanmasından xəbər verib.

Süməriyə Nyus-un verdiyi məlumata görə, bir polis rəsmisi deyib: Partlayış Bağdadın cənub-şərqində, Mədain məntəqəsində yerləşən balıq bazarının yaxınlığında yerləşdirilmiş bombanın partladılması nəticəsində baş verib. 

Bu mənbə həmçinin deyib: Təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alaraq, hadisə yerinə girişi qadağan ediblər. Təcili yardım maşınları isə yaralıları xəstəxanalara köçürüblər. 

Bundan öncə, bu gün Bağdadın Məalif məntəqəsində də partlayış törədilmişdi. Bir nəfər ölmüş, 5 nəfər isə  yaralanmışdı. 

İraqdan daxil olan bir başqa məlumata görə, könüllü xalq qüvvələri Mosulun qərbində 3 gün davam edən əməliyyatlar zamanı 1500 nəfəri döyüşlərin getdiyi bölgələrdən çıxardıb, təhlükəsiz zonaya köçürüblər. 

Hal hazırda Tələfər və Əlhəzər şəhərləri xaric olmaqla, Mosulun qərbində çox kiçik bir məntəqə İŞİD-in nəzarəti altında qalmaqdadır. İraqlı qüvvələr bu məntəqənin də azad edilməsi üçün hərbi əməliyyatları davam etdirirlər. 

 

Teqlər