Hələb terror hadisəsində xəsarət alanlar terrorçuların nəzarətində olan məntəqələrdən çıxıblar
-
Hələb terror hadisəsində xəsarət alanlar terrorçuların nəzarətində olan məntəqələrdən çıxıblar
Suriyada Əlraşidin terror partlayışında yaralanmış yüzdən yuxarı insan bu gün terrorçuların nəzarətində olan məntəqələrdən Hələbdəki universitet xəstəxanasına köçürülübdür.
IRNA-nın məlumatına görə, 127 yaralı üç avtobusla terrorçuların ixtiyarında olan xəstəxanalardan, xüsusilə Babulhəva xəstəxanasından Hələbə köçürülüb.
Fuə və Kəfəriyya şəhərlərinin sakinlərindən təqribən 5000 nəfər iki il mühasirədən sonra onlarla avtobusla cümə günü Hələb vilayətinə daxil olubdur.
Şənbə günü Fuə və Kəfəriyya şəhərlərinin sakinlərini daşıyan avtobuslar Raşidin məntəqəsində dayandıqları zaman bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində əksəriyyəti uşaq və qadın olan 126 nəfər həlak oldu, 200-dən çox insan da yaralandı.
İdlibin terrorçular tərəfindən işğal edilməsindən sonra Fuə və Kəfəriyya şəhərləri 2015-ci ilin martından tam şəkildə terrorçuların mühasirəsinə keçdilər və o zamandan bəri gündəlik surətdə terrorçuların hücumları hədəfinə çevriliblər.