Yəməndə aclıq güclənir
-
Yəməndə aclıq güclənir
Yəmənli və beynəlxalq təşkilatlar Yəmən əhalisinin 80%-nin aclıqdan əziyyət çəkdiyini elan edərək, bu ölkəyə qarşı mühasirə və blokadanın davam edəcəyi şəraitdə, bir neçə ay ərzində bu insanların öləcəyi barədə xəbərdarlıq ediblər.
İRİB-nin verdiyi məlumata görə, Yəmən Mühasirəsinin Yarılması Komitəsinin üzvü Əmin Cəman ölkədə aclığın genişlənməsindən təəssüfləndiyini bildirib və bu mənfi fenomenin gələcək nəsillərə də təsir buraxacağını bildirib və deyib: Yəməndə əhalinin aclıqdan əziyyət çəkdiyi bir şəraitdə dünya ictimaiyyəti həqiqətləri görməli və haqqın fəryadına qulaq asmalıdır.
Yəməndə humanitar məsələlər üzrə koordinator Cimi Mək Foldrik də Ərəbistanın Hədidəlimanına hücumlarının davam etməsinin Yəməndə aclığın şiddətlənməsinə səbəb olduğunu bildirib.