Sionist hərbçilər fələstinli aksiyaçılarla toqquşublar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i267396-sionist_hərbçilər_fələstinli_aksiyaçılarla_toqquşublar
Sionist rejim hərbçiləri bu rejimin məhbəslərində saxlanılan və aclıq keçirən fələstinli əsirlərin himayədarlarının aksiyasından sonra qərb sahilinin müxtəlif nöqtələrində fələstinli gənclərlə toqquşublar.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 28, 2017 14:41 Asia/Baku
  • Sionist hərbçilər fələstinli aksiyaçılarla toqquşublar

Sionist rejim hərbçiləri bu rejimin məhbəslərində saxlanılan və aclıq keçirən fələstinli əsirlərin himayədarlarının aksiyasından sonra qərb sahilinin müxtəlif nöqtələrində fələstinli gənclərlə toqquşublar.

Fələstinli Məa xəbər agentliyinin məlumatına görə, Fələstin əhalisindən onlarla nəfər sionist rejim məhbəslərində saxlanılan fələstinli əsirləri himayə istiqamətində cümə namazı mərasimindən sonra keçirilən aksiyada sionist rejim hərbçiləri tərəfindən gözyaşardıcı qazın işlədilməsi səbəbindən boğuntu vəziyyətinə düşübdür.

Beyt-Ləhm, Ramullah, Nablus, Qələndiyya, Əlxəlil və qərb sahilinin digər məntəqələrində baş vermiş toqquşmalarda bir qrup fələstinli gənc sionist rejim hərbçilərinin atəşləri nəticəsində yaralanıbdır.

Fələstinli gənclər sionist rejim hərbçiləri tərəfindən işlədilən gözyaşardıcı qazdan özlərini müdafiə etmək üçün ağacları yandırmağa başlayıblar.

Fələstinli əsirlər sionist rejimin rasist siyasət və rəftarlarına etiraz olaraq aprelin 17-dən "azadlıq və ləyaqət" şüarı ilə aclıq aksiyasına başlayıblar.

Bu aksiyanın ardınca fələstinlilər Fələstinin bütün şəhərlərində piket çadırları qurub, geniş aksiyalar keçirərək, fələstinli əsirlərə öz geniş dəstəklərini elan ediblər.