Səudiyyə Ərəbistanında onlarla adam həbs edilib
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bildirib ki, ötən il Nəbəvi məscidinin kənarına edilən hücumda şübhəli bilinən 46 nəfəri həbs edib.
2016-cı ildə mübarək ramazan ayının son günlərinə baş verən özü gedən hücumda 4 səudiyyə hərbçisi öldürülmüşdü.
İRİB-in verdiyi məlumata görə, Səudiyyə Ərəbitanı DİN sözçüsü MƏnsur Əttərəki deyib: Saxlanılanlar 32-si Səudiyyə, 14-ü Misir, Pakistan, Yəmən, Əfqanıstan, Sudan və İordaniya vətəndaşlarından ibarətdir.
Öncə Səudiyyənin DİN-i bildirmişdi ki, böyük ehtimalla Mədinədə törədilən partlayışın amili səudiyyəli Ciddəyə hücümü törədən isə pakistanlı olub.
Regionda o cümlədən Suriya və İraqda terrorçu və ifratçı qrupların əsas himayədarı olan Səudiyyə Ərəbistanı həmin terrorçu qruplar tərəfində məyyən təhdidlərlə üz-üzədir.